Məhəbbət Kazımov dəfn edildi - VİDEO

Məhəbbət Kazımov dəfn edildi - VİDEO
  28 Yanvar 2014    Oxunub:1561
Ötən gün dünyasını dəyişən tanınmış müğənni Məhəbbət Kazımovla vida mərasimi keçirilib. Əməkdar artistlə vida mərasimi yaşadığı evdə keçirilib. Mərasimə mərhumun sənətçi dostları və sevənləri yığışıb. Vida mərasimində müğənninin "Laçınım" mahnısı səsələndirilib. Sənətçi Xırdalan qəbiristanlığında dəfn edilib.

***
Bu gün əməkdar artist Məhəbbət Kazımovla vida mərasimi keçiriləcək. AzVision.az-a sənətçinin həmkarlarının verdiyi məlumata görə, mərasim saat 12:00 mərhumun yaşadığı məhəllədə keçiriləcək.

Vida mərasimində sənətçinin yaxın dostları və həmkarları iştirak edəcək.
Məlumat üçün bildirək ki, mərhumla vida mərasiminin Xırdalan Mədəniyyət evində keçirilməsi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Məhəbbət Kazımov ötən gün saat 11:03-də dünyasını dəyişib. O, şəkər və təzyiqdən əziyyət çəkirdi.



AzVision.az


Teqlər:  





Xəbər lenti