“Suriyaya gedənləri aldadırlar ki, cənnətə düşəcəksiniz”
AzVision.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib.
Şeyx Suriyada döyüşən azərbaycanlılarla bağlı ilə bağlı bildirib ki, onların başını aldadaraq döyüşə aparırlar:
“Onlar özbaşına deyillər. Xaricdən yönəldilir. Ermənistan Azərbaycanın inkişafını görmək istəmir və ona mane olmaq istəyir. Mənə elə gəlir ki, bu şəxslər Ermənistana xidmət edən şəxslərdir. Kimin ixtiyarı var ki bir dindara cənnət vəd edir. Buna ancaq Allah vəd edə bilər. Cavan uşaqların başını aldadaraq guya öləndən sonra birbaşa cənnətə düşəcəksiniz deyə cihad adıyla Suriyaya aparırlar. Bizə çoxlu müraciət edənlər var. Analar göz yaşıyla bizə müraciət edir. Dövlət yəqin ki bu işlərlə məşğul olacaq. Amma çətin məsələdir”.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


