İsa Qəmbər 5 günlük atəşkəs elan etdi
O, bildirib ki, Müsavat Partiyası moratorium elan etdikdən sonra söz savaşı hələ bitməyib:
“Media və sosial şəbəkələrdə 2013-cü ilin sonlarında başlayan, Müsavat partiyasının üzvləri Milli Şuradan çıxdıqdan (6 yanvar) sonra daha da kəskinləşən söz savaşı bizim moratorium qərarından (8 yanvar) sonra xeyli səngisə də hələ bitməyib. Biz bu ili Məhəmməd Əmin Rəsulzadə ili elan etmişik. Yubiley tədbirləri il boyu davam edəcək, lakin, bir sıra əsas tədbirlər məhz indiki mərhələdə 28-31 yanvarda keçiriləcək. Mən ilk növbədə müsavatçılara və “Yeni Müsavat”çılara, eyni zamanda ərkim çatan hər kəsə müraciət edərək hamını fevralın 1-nə qədər atəşkəs elan etməyə, daha sonra isə bu söz savaşına birdəfəlik son qoymağa çağırıram”.
Fatimə Kərimli