Marqvelaşvilinin Bakı səfəri yenə təxirə düşdü

Marqvelaşvilinin Bakı səfəri yenə təxirə düşdü
  29 Yanvar 2014    Oxunub:883
Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin bu ay üçün Azərbaycana nəzərdə tutulan səfəri təxirə salınıb.

AzVision.az-ın əldə etdiyi məlumata görə, Marqvelaşvilinin yanvar ayının sonlarına planlaşdırılan səfəri müəyyən səbəblərdən baş tutmayacaq.

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Əli Məmmədov da məlumatı AzVision.az-a təsdiq edib.

Deputat bildirib ki, yanvar ayında nəzərdə tutulan səfərin təxirə salınmasının səbəbi hər iki ölkənin dövlət başçılarının işlərinin çox olması ilə bağlıdır.

“Hər iki tərəfin də işləri çox olduğu üçün səfər təxirə salındı. Yenidən səfərin nə vaxta planlaşdırılması barədə məlumatım yoxdur. Amma gözlənilir ki, Türkiyədən sonra ikinci səfəri Marqvelaşvili Azərbaycana etsin”-deyə, Əli Məmmədov qeyd edib.

Xatırladaq ki, Marqvelaşvilinin hələ ötən ilin sonlarında Bakıya səfər edəcəyi planlaşdırılmışdı. Sonradan bu səfərin cari ilin yanvar ayına keçirildiyi gürcü rəsmilər tərəfindən bəyan edilib. Gürcü prezidentin Azərbaycana gəlişi gözlənilsə də o ilk səfərini Türkiyəyə etdi.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti