Meşələrin qorunması polisə həvalə oluna bilər

Meşələrin qorunması polisə həvalə oluna bilər
  18 Sentyabr 2020    Oxunub:2788
Meşələrin qorunması səlahiyyəti mühafizə polisinə verilə bilər.
Azvision.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib. Onun sözlərinə görə, meşələrin mühafizəsinin başqa qurumlara və özəl təşkilatlara verilməsi barədə fikirlər var.

“Meşələrin mühafizə polisinə və ya özəl mühafizəyə verilməsi ilə bağlı təkliflər var. Bu barədə düşünülür”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Meşə   Mühafizə  





Xəbər lenti