Tovuzda tutulan erməni ilə bağlı rəsmi AÇIQLAMA
Müdafiə Nazirliyi bildirir ki, yanvarın 28-də saat 15.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.
AzVision.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, hazırda saxlanılan erməni əsirinin fəaliyyəti ilə bağlı araşdırma aparılır.