Azərbaycanlı politoloq BMT-də təltif olunub

Azərbaycanlı politoloq BMT-də təltif olunub
  29 Yanvar 2014    Oxunub:1756
Azərbaycanın ən gənc professoru Elman Nesirov BMT-nin "Xidmət və Şərəf" ordeninə layiq görülüb
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, Azərbaycan Gənc Diplomatlar Birliyinin Baş məsləhətçisi, siyasi elmlər doktoru, professor Elman Nəsirov BMT Beynəlxalq Təltiflər İttifaqının İctimai Təltiflər üzrə Şurasının 16 yanvar 2014-cü il tarixli qərarı ilə “Elm və təhsil sahəsində böyük uğurlarına görə” “Xidmət və Şərəf” Ordeni ilə təltif olunub.

AzVision.az xəbər verir ki, bu barədə politoloq Elman Nəsirov öz facebook hesabında yazıb.

Azərbaycanlı alim BMT-nin təltiflər üzrə nüfuzlu qurumunun Ordeninə qlobal elmi-siyasi problemlər üzrə uğurlu tədqiqatları, Frankfurt, Köln (Almaniya), Buxarest (Rumıniya), Brüssül, Mons (Belçika), Skopye (Makedoniya), Pekin, Şanxay, Usi (Çin), Təl-Əviv (İsrail), Tehran (İran), İstanbul, Ankara, Bursa (Türkiyə), Kiyev, Lvov, Simferopol, Yalta, Baxçasaray, Yevpatoriya, Sevastopol (Ukrayna) və digər şəhərlərdə keçirilmiş 30-a qədər beynəlxalq konfransda konkret elmi mühakimə və nəticələrlə çıxış etməsi, əsərlərinə və müsahibələrinə dünyanın tanınmış ekspertləri tərəfindən mütəmadi olaraq istinadlar verilməsinə görə layiq görülüb.


Teqlər:  





Xəbər lenti