ANS-dən cərimə xəbərinə sərt REAKSİYA

ANS-dən cərimə xəbərinə sərt REAKSİYA
  29 Yanvar 2014    Oxunub:992
ANS Müstəqil Yayım və Media Şirkəti MTRŞ tərəfindən cərimələnmə xəbərinə sərt reaksiya verib. Şirkətin media üzə müşaviri Mais Məmmədov telekanalın qərarı ilə razılaşmadığını deyib:

“Bununla razı deyiləm. ANS heç kimə zərər gətirməyib, bu, sadəcə şayiədir. Bilmirəm niyə yaranıb bu şayiə? Məsələ araşdırılacaq və biz öz mövqeyimizi deyəcəyik. Gözləyirik, onlardan rəsmi kağız gəlsin. Bu, hələ söz-söhbətdir”.

Qeyd edək ki, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.5, 35.11-ci maddələrini, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.2, 2.4, 2.8-ci bəndlərinin tələblərini pozduğuna görə “ANS Müstəqil Yayım və Media Şirkəti” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.1-ci, 187-1.0.4-cü maddələrinin tələbinə uyğun olaraq 1000 (min) manat məbləğində cərimə edilib.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti