Nazir müavini özünü yandıran əlilə baş çəkib

Nazir müavini özünü yandıran əlilə baş çəkib
  29 Yanvar 2014    Oxunub:1090
Ötən gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Yevlax sakini Nizami Kərimovun müalicə aldığı 5 saylı klinik xəstəxanaya gələrək xəstəyə baş çəkib.

Xəstəxananın baş həkimi Ziya Əsədov APA-ya açıqlamasında deyib ki, nazir müavini xəstənin vəziyyəti ilə tanış olub və onun müalicəsi üçün lazımi göstərişlərini verib.

Z. Əsədov qeyd edib ki, 44 yaşlı Yevlax sakini Nizami Kərimovun aldığı yanıq xəsarətləri ağır olduğundan, iki gün öncə Bakıdakı 5 saylı klinik xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Həkimin sözlərinə görə, xəstənin müalicəsi üçün lazımi səviyyədə bütün işlər görülür: “Təzyiq, sidik və orqanların fəaliyyəti normal olsa da, xəstənin vəziyyəti hazırda ağırdır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbər Əjdər Ol APA-ya açıqlamasında Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor əvəzi Rövşən Məhərrəmovun işdən azad edilməsi faktını təsdiqləyib. Onun sözlərinə görə, mərkəzdə direktor əvəzi olan R.Məhərrəmov hadisədən sonra işdən azad olunub.


Teqlər:  





Xəbər lenti