Naxçıvanda zabitlərə ev verildi

Naxçıvanda zabitlərə ev verildi
  30 Yanvar 2014    Oxunub:3409
Daxili Qoşunların Naxçıvan Alayında zabit-gizir ailələri üçün xidməti yaşayış binası istifadəyə verilib.
Daxili Qoşunların Naxçıvan Alayında zabit-gizir ailələri üçün xidməti yaşayış binasının açılışı olub.

AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport verib.

Tədbirdə çıxış edən baş leytenant Orxan Seyidov deyib ki, Daxili Qoşunların Naxçıvan Alayı yarandığı vaxtdan etibarən diqqət və qayğı ilə əhatə olunub. Alay müasir texnika, silah-sursat və avadanlıqla təchiz edilib, döyüş hazırlığı yüksəldilib. Hərbi hissədə xidmətin təşkili üçün yaradılan şərait qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirməyə imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib lo, ölkədə insan amilinə yüksək qiymət verilir. Vətəndaşların sosial müdafiələrinin gücləndirilməsi, onların lazımi yaşayış şəraiti ilə təmin olunmaları diqqət mərkəzində saxlanılır. Bu gün Daxili Qoşunların Naxçıvan Alayının şəxsi heyəti üçün xidməti yaşayış binası istifadəyə verilir, zabit-gizir ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Bütün bunlar Azərbaycanda mövcud olan dövlət-xalq birliyinin nəticəsidir.

“Hər bir ölkənin inkişafında başlıca amil daxili sabitlikdir”, - deyən Ali Məclisin Sədri bildirdi ki, Daxili Qoşunlar ölkəmizdə sabitliyin qorunması, cinayətkar və digər hüquqazidd qüvvələrə qarşı mübarizə aparmaq məqsədilə yaradılmışdır. Bu gün Azərbaycanda sabitlik və inkişaf vardır.

Ali Məclisin Sədri Daxili Qoşunların Naxçıvan Alayının şəxsi heyətinə dövlətçiliyimizin möhkəmləndirilməsində və qorunmasında uğurlar arzulayaraq onları yeni xidməti mənzillərlə təmin olunmaları münasibətilə təbrik etdi və mənzillərin orderlərini və açarlarını təqdim etdi.
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olub.

Qeyd edək ki, 12 mənzilli yaşayış binası 3 mərtəbədən ibarətdir. Binada yenidənqurmadan sonra elektrik, qaz, rabitə, su və kanalizasiya xətləri yenilənmiş, bütün evlər qızdırıcı ilə təmin olunmuş, havalandırma sistemləri quraşdırılmışdır. İki və üçotaqlı mənzillərdə zabit ailələrinin məişət şəraitinin yaxşılaşdırılması üçün lazımi infrastruktur yaradılmış, məişət əşyaları qoyulub. Bina bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunub və həyətdə isə abadlıq, yaşıllaşdırma işləri görülüb.


Teqlər:  





Xəbər lenti