Tutulan erməninin ailəsi `Qızıl Xaç`a müraciət edib

Tutulan erməninin ailəsi `Qızıl Xaç`a müraciət edib
  30 Yanvar 2014    Oxunub:905
Təmas xəttində tutulan Ermənistan vətəndaşının ailəsi BQXK-ya müraciət edib.
Dünən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində saxlanılan Ermənistan vətəndaşının ailəsi Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edib.

AzVision.az xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova APA-ya bildirib ki, Azərbaycanda saxlanılan Ermənistan vətəndaşının ailəsi BQXK-nın Ermənistan nümayəndəliyinə müraciət edərək onunla əlaqə yaratmaqda köməklik göstərmələrini xahiş edib.

Qeyd edək ki, BQXK dünəndən etibarən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində tutulan erməni ilə bağlı danışıqlara başlayıb.


Teqlər:





Xəbər lenti