“Azərbaycanda internet azaddır”- AŞPA-da müzakirə

“Azərbaycanda internet azaddır”- AŞPA-da müzakirə
  30 Yanvar 2014    Oxunub:908
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qışı sessiyasında “İnternet və onun demokratiyaya təsiri” məsələsi ciddi müzakirələrə səbəb olub.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, mövzu ilə bağlı azərbaycanlı deputatların çıxışları da maraqla qarşılanıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva çıxışında bildirib ki, qlobal şəbəkə dövlət orqanları və vətəndaşlar arasında real vaxtda sabit ictimai-siyasi fikir mübadiləsini təmin edir. Elektron hökumətin yaradılmasında, insanlar və hökumət arasında daha güclü, daha şəffaf və daha asan əlaqələrin qurulmasında internet böyük bir töhfədir. Bununla yanaşı, gənclərin dünyagörüşünə bəzi internet resurslarının mənfi təsiri də müşahidə olunur.

Müasir dünyada internetin demokratiyanın, söz və ifadə azadlığının göstəricisi olduğunu vurğulayan S.Fətəliyev deyib ki, Azərbaycanda internet azaddır. Ölkəmizdə internet azadlığı bizim əsas nailiyyətlərimizdən biridir. Bu gün Azərbaycan əhalisinin 65 faizindən çoxu internet istifadəçisidir. Hər bir ölkədə olduğu kimi sosial şəbəkə həyatımızın ayrılmaz hissəsinə çevrilib.

İnternetin müasir cəmiyyətdə xüsusi rolunu vurğulayan Milli Məclisin deputatı Sahibə Qafarova isə qeyd edib ki, hazırda internet kütləvi informasiya vasitələri arasında geniş yayılan informasiya vasitəsidir.
Lakin bəzi ölkələr gələcəkləri üçün narahat olaraq demokratik dəyərlərin inkişafını öz mövcudluqlarına bir hədə kimi qəbul edir və onlar vətəndaşların informasiyaya sərbəst çıxışlarında maraqlı deyillər. İnternet resurslarının son on ildə Azərbaycanda sürətli inkişaf yolu keçdiyini vurğulayan S. Qafarova ölkəmizdə internetə çıxışa və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmadığını diqqətə çatdırıb.

Deputat vətəndaş cəmiyyətinin inkişafında və demokratik sistemlərin tərəqqisində internetdən və sosial şəbəkələrdən lazımınca istifadənin vacibliyini vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti