MN-in saytında yaranmış problemin səbəbi açıqlandı

  27 Sentyabr 2020    Oxunub : 2858
 MN-in saytında yaranmış problemin səbəbi açıqlandı
Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytına müraciətlərin çoxluğu səbəbindən bir sıra texniki problemlər yaşanır.
Azvision.az xəbər verir ki, bu barədə AzərTAc-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı açıqlamasında deyib.

Polkovnik Vaqif Dərgahlı bildirib ki, buna baxmayaraq mətbuat və ictimaiyyət alternativ internet resursları vasitəsilə operativ qaydada məlumatlandırılır.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi   Sayt   Texniki   Problem