Fevralda 25 dərəcə şaxta olacaq - Aylıq PROQNOZ
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 1-4 dərəcə isti, birinci ongünlüyün ortalarında 1-3 dərəcə isti (gecələr ayın əvvəlində 4-8 dərəcə şaxta, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüzlər isə ayın əvvəlində 0-3 dərəcə şaxta, bəzi günlərdə 4-9 dərəcə isti, ayın sonunda 14 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-24 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 1-4 dərəcə şaxta (gecələr 10-15, bəzi günlərdə 20-25 dərəcə şaxta, gündüzlər 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-9 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 11-29 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-5 dərəcə şaxta (gecələr ayın əvvəlində 14-18, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər ayın əvvəlində 5-10 dərəcə şaxta, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-35 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr ayın əvvəlində 5-10 dərəcə şaxta, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər ayın əvvəlində 0-5 dərəcə şaxta, bəzi günlərdə 2-7 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-36 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 0-5 dərəcə şaxta (gecələr ayın əvvəlində 8-13, bəzi günlərdə 1-6, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta, gündüzlər ayın əvvəlində 1-6 dərəcə şaxta, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-55 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr ayın əvvəlində 5-8 dərəcə şaxta, bəzi günlərdə 0-5 dərəcə isti, gündüzlər ayın əvvəlində 0-5 dərəcə şaxta, bəzi günlərdə 5-10 dərəcə isti, ayın sonunda 12-16 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti (gecələr ayın əvvəlində 4-8 dərəcə şaxta, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda 8-13 dərəcə şaxta, gündüzlər ayın əvvəlində 0-4 dərəcə şaxta, bəzi günlərdə 4-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 44-105 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
AzVision.az