Azərbaycanın yeni döyüş vertolyotları – ARAYIŞ, FOTO, VİDEO

Azərbaycanın yeni döyüş vertolyotları – ARAYIŞ, FOTO, VİDEO
  30 Yanvar 2014    Oxunub:4761
Rusiya mediasının xəbərinə görə, bu ay Azərbaycanın Rusiyadan aldığı 24 ədəd `Ми-35М` vertolyotlarının hamısı ölkəyə çatdırılıb. Vertolyotlar Rostovdakı `Rostvertol` zavodunda istehsal olunublar.

360 milyon dollar dəyərindəki sövdələşmə 2010-cu ilin sentyabrında imzalanmışdı.

Qeyd edək ki, `Mi-35M` vertolyotları düşmənin zirehli texnikasını məhv etmək, öz qoşunlarının hücumuna dəstək vermək, desant çıxarmaq, yaralıları evakuasiya etmək üçündür. Bu hərbi maşınlar `Mi-24B ` vertolyotunun modifikasiyasdır.

Vertolyot 2012-ci ilin sentyabrından Rusiya Ordusunda istifadə olunur. Azərbaycandan başqa, Braziliya və Venesuela da bu vertolyotdan alıblar.

Hərbu tapşırığa gedərkən vertolyot ikilüləli, 23 mm çaplı `QŞ-23L` topu ilə, tank əleyhinə raketlərlə və 80 mm-lik idarə olunmayan raketlərlə (`Şturm-B`, yaxud `Ataka-M`) silahlanır.

Ekipaj 2 pilot və 1 texnikdən ibarətdir. 8 sərnişin tutur. 2400 kiloqrama qədər yük qaldıra bilir.

Maşın 2200 at gücündə olan mühərriklə təchiz olunub. Maksimal sürəti 300 km/saat dır. Döyüş radiusu 450 km, uçuş hündürlüyü (`tavanı`) 3150 metrdir.

Vertolyot müasir naviqasiya və müdafiə vasitələri ilə təchis olunub.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti