Bakıda özünü yandıran qadının kimliyi bəlli oldu- YENİLƏNİB
Təqribən 40-45 yaşlarında olan bir qadın ərazidə üzərinə benzin tökərək özünü yandırıb. Yaxınlıqda olan polis əməkdaşlarının səyi ilə söndürülən qadın dərhal 5 saylı xəstəxanaya çatdırılıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağır olduğu bildirilir.
Qadının şəxsiyyəti və nə səbəbə özünü yandırması müəyyənləşdirilir.
Xatırladaq ki, ötən gün Bərdədə bir nəfər özünü yandırmışdı. Alpoud kənd sakini Maarif Vəliyev ötən gün axşam saatlarında Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında özünə od vurub.
Bir neçə gün öncə isə Yevlaxda 3 övladı olan əlil Nizami Kərimov özünü yandıraraq xəsarət yetirmişdi. O, ünvanlı sosial yardım almaqla bağlı qarşılaşdığı çətinliklərlə bağlı belə addım atdığını demişdi.(anspress.com)
***
Bakının Səbayel rayonunda özünü yandıran qadının şəxsiyyəti müəyyənləşib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli virtualaz.org saytına bildirib ki, özünü yandıran 1993-cü il təvəllüdlü Məleykə Bayramlıdır. Əslən Lənkəran rayonundandır və Bakıda kirayədə yaşayır. M.bayramlının bədənin 65 faizi yanıb, vəziyyəti ağırdır.O, hazırda xəstəxanın yanıq mərkəzinin reanimasiya şöbəsindədir.
Xəstəxananın yanıq şöbəsindən isə virtualaz.org-a bildirdilər ki, M.Bayramlının vəziyyəti kritikdir və həyatı üçün təhlükə var.