Nazirliyə 2 ali məktəbdən şikayət edilib

Nazirliyə 2 ali məktəbdən şikayət edilib
  30 Yanvar 2014    Oxunub:1044
Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetində prorektor və şöbə müdirlərinin vəzifədən azad olunması ilə bağlı xəbərlərə münasibət bildirib.
Nazirliyin Elm və Ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev jurnalistlərə açıqlamasında deyib ki, Sumqayıt Dövlət Universitetinin heç bir rəsmi nümayəndəsi işdən azad edilməyib:

`Sadəcə onlar əvvəl prorektor və kafedra mediri vəzifəsini yerinə yetirirdilər, indi isə kafedra müdiri vəzifəsinə keçiblər. Həmçinin SDU-dan nazirliyin `Qaynar xətt`inə heç bir şikayət daxil olmayıb.

Təhsil Nazirlliyinin `Qaynar xətt`inə Təfəkkur Universitetindən diplomlarla bağlı, BDU-dan Tarix fakültəsinin Qafqazsünaslıq ixtisası üzrə keçirilən imtahanla bağlı və BDU-nun Biologiya fakültəsinin təhsil haqqı ilə bağlı suallar daxil olub.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti