Yollar buz bağlayacaq-Sabahın havası

Yollar buz bağlayacaq-Sabahın havası
  30 Yanvar 2014    Oxunub:1016
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək. Çovğun olacağı ehtimalı var. Havanın temperaturunun gecə və gündüz 1-3 dərəcə şaxta, gündüz 5 dərəcəyədək şaxta olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında isə sabah arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Gecə və səhər arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-4 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə şaxta, 2-7 dərəcə şaxta olacağı gözlənilir. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

AzVision.az



Teqlər:  





Xəbər lenti