Arvadının qulağını kəsənə 6 il iş verildi

  30 Yanvar 2014    Oxunub : 416
Arvadının qulağını kəsənə 6 il iş verildi
Bu gün Astara rayon Məhkəməsində həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim İsmayıl Abdurahmanlının sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, məhkəmədən təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən qayıdandan sonra hakim hökmü elan edib. Hökmə əsasən, Çingiz Mehdiyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 il müddətinə azadlıqdan məhrum olunub.

Çingiz Mehdiyevin vəkili Vəkil Natiq Əsədov hökmdən narazı qaldıqlarını və apellyasiya şikayəti verəcəklərini bildirib.

Qeyd edək ki, həyat yoldaşı, 28 yaşlı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, dəhşətli işgəncələr verməkdə, onun qulağını kəsməkdə ittiham olunan Astara rayonunun Kələdəhnə kənd sakini, 33 yaşlı Cingiz Mehdiyev Cinayət Məcəlləsinin 127.2.2, 145.2.5, 145.2.6 maddələri üzrə təqsirli bilinir.

Xatırladaq ki, Ç. Mehdiyev prokurorluğun sanksiyası ilə saxlanılıb və onun barəsində Astara Rayon Məhkəməsinin qərarı ilə həbs qəti-imkan tədbiri seçilib.(apa)

Teqlər: