“Prezidentlər yaxın həftələrdə görüşəcək”

“Prezidentlər yaxın həftələrdə görüşəcək”
  30 Yanvar 2014    Oxunub:946
“Gələn həftələrdə prezidentlər yenə görüşəcək ki, münaqişənin hansı şəkildə, necə həll edilməsi ilə bağlı razılığa gəlsinlər”.
AzVision.az xəbər verir ki, bu sözləri Amerika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar “Media forum” saytına müsahibəsində deyib.

Təmas xəttində atəşkəsin pozulması məsələsinə toxunan səfir vurğulayıb ki, ABŞ hər iki tərəfi atəşkəs rejiminə birmənalı şəkildə və tam riayət etməyə çağırır :
“Gələn həftələrdə prezidentlər yenə görüşəcək ki, münaqişənin hansı şəkildə, necə həll edilməsi ilə bağlı razılığa gəlsinlər. Əlbəttə, prezidentlər arasında danışıqların davam etdirilməsinə çağırırıq. Hesab edirik bu, bir barışıq mühiti yaradar, o da öz növbəsində yekun nizamlanmaya və sazişin əldə olunmasına gətirib çıxara bilər”.

AzVision.az


Teqlər:  





Xəbər lenti