“Hərbi cinayətlərlə bağlı 5 cinayət işi başlanıb” - Baş Prokuror

 “Hərbi cinayətlərlə bağlı 5 cinayət işi başlanıb” -  Baş Prokuror
  03 Oktyabr 2020    Oxunub:2957
“Baş Prokururluqda Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin yaralanması, öldürülməsi ilə bağlı 12 cinayət işi başlanılıb”.
Azvision.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, Tərtərdə 5, Ağdamda 3, Cəbrayılda 1, Goranboyda 1, Füzulidə 2 cinayət işi açılıb.

Baş Prokuror qeyd edib ki, hərbi cinayətlərə görə 5 cinayət işi başlanılıb: "Hərbi cinayətlərlə bağlı sübutları toplamaq nə qədər çətin olsa da, bir o qədər vacibdir. Biz bu istiqamətdə sübutları toplamaqda davam edirik".

Tural Tağıyev
Azvision.az



Teqlər: Baş-Prokuror  





Xəbər lenti