Ziya Məmmədov qara görə qərargah yaratdı

Ziya Məmmədov qara görə qərargah yaratdı
  31 Yanvar 2014    Oxunub:1008
Hava şəraiti ilə əlaqədar Nəqliyyat Nazirliyində mərkəzi qərargah yaradılıb.

Bu barədə AzVision.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, Nəqliyyat Nazirliyi hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib, qış qarajında olan bütün texnikalar isə yolların qardan təmizlənməsi üçün səfərbər edilib.

Paytaxtda yaranan ictimai nəqliyyat probleminə gəlincə, nazirikdən hazırda bütün xəttlər üzrə marşrut avtobuslarının işə başladığı qeyd edilib.

“Bu gün avtobuslar marşrut xətlərinə adi günlərdə olduğu kimi, cədvəl üzrə çıxarılıb. Əgər yollar buz bağlamasa, fövqəladə vəziyyət yaranmasa paytaxtda ictimai nəqliyyat adi rejimdə işləyəcək. Səhər saatlarında Sumqayıt, Əhmədli, Günəşli, Yasamal istiqamətlərində çətinliklər yaranıb. Hazırda bu problemlər aradan qaldırılıb. Yolların təmizlənməsi ilə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları da məşğuldur. Nəqliyyat Nazirliyinin qış qarajında olan bütün texnikalar paytaxtda yolların təmizlənməsinə səfərbər olunub. Eyni zamanda, nazirlikdə hava şəraiti ilə əlaqədar mərkəzi qərargah da yaradılıb”.

AzVision.az



Teqlər:





Xəbər lenti