Bolqarıstan səfiri BDU-da olub

Bolqarıstan səfiri BDU-da olub
  31 Yanvar 2014    Oxunub:1030
Bolqarıstanın ölkəmizdəki səfiri xanım Maya Xristova Bakı Dövlət Universitetində olub.

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov universitet haqqında məlumat verib, beynəlxalq əlaqələrindən və üzvü olduğu təşkilatlarla işbirliyindən danışıb. Görüşdə Bakı Dövlət Universiteti ilə Bolqarıstan universitetlərinin əməkdaşlıq məsələləri müzakirə olunub. Yaxın gələcəkdə hüquq, filologiya, riyaziyyat və digər ixtisaslar üzrə kadr hazırlığı, ikili diplomların verilməsi, tələbə-müəllim mübadiləsini özündə əks etdirən əməkdaşlıq müqaviləsinin imzalanması qərara alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti