Dövlət qulluqçularının etik davranış normaları müzakirə edildi

Dövlət qulluqçularının etik davranış normaları müzakirə edildi
  01 Fevral 2014    Oxunub:1176
“Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda müşavirə keçirilib.
Pirallahı Rayon Icra Hakimiyyətində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda müşavirə keçirilib.

AzVision.az xəbər verir ki, Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, tədbirin əsas məqsədi dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı maarifləndirilməsi olub.

Müşavirədə qeyd olunub ki, dövlət orqanlarında çalışanlar öz davranışları, fərdi keyfiyyətləri ilə cəmiyyət üçün nümunə olmalıdırlar.

Diqqətə çatdırılıb ki, dövlət orqanlarında şəffaflığı artırmaq və korrupsiya hallarını aradan qaldırmaq üçün Prezident İlham Əliyev “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Tədbirdə, həmçinin vurğulanıb ki, hər bir dövlət qulluqçusu peşəkarlığı ilə seçilməli, qanunları bilməli və mənəviyyatca zəngin olmalıdır.

Müşavirədə dövlət qulluqçularının etik davranış normaları ətraflı müzakirə olunub.


Teqlər:





Xəbər lenti