Gəncə ziyalıları prezidentə məktub yazdı

Gəncə ziyalıları prezidentə məktub yazdı
  01 Fevral 2014    Oxunub:2119
Gəncə şəhərinin tanınmış ziyalıları prezident İlham Əliyevə məktub yazıblar. AzVision.az-ın məlumatına görə, ölkə başçısına ünvanlanan məktuba şəhərin 25-dən çox alim, professor, Xalq artsitsi və digər ziyalıları imza atıb. Məktubda deyilir:

-Biz - Gəncə şəhərinin ziyalıları Sizə, Ulu Öndərimiz, xalqımızın böyük oğlu Heydər Əliyevin siyasətini və amallarını uğurla davam etdirən müdrik dövlət rəhbərinə müraciət etməkdən şərəf duyduğumuzu bildirir, Sizin Gəncə şəhərinə növbəti səfərinizi minnətdarlıq və qürur hissi ilə xatırlayırıq.

Sizin şəhərimizə hər səfəriniz növbəti uğurlara yol açmış, Nizami yurdu, qədim Gəncə tarixi dəyərlərini saxlamaqla müasirləşmiş, şəhərimizin gözəlləşməsi üçün hər cür şərait yaradılmışdır.

Sizin xeyir-duanız və köməyinizlə, eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə möhtəşəm Heydər Əliyev park-kompleksinin, Nizami Gəncəvi muzeyinin, Məhsəti Gəncəvi Mərkəzinin, Qala qapılarının – Arxeologiya və Etnoqrafiya muzeyi abidə kompleksinin istifadəyə verilməsi bizi çox sevindirir. Sizin 2014-cü ili “Sənaye ili” elan etməyiniz və şəhərimizdə yeni sənaye texnoparkının yaradılması, Gəncənin 2016-cı ildə “Avropanın Gənclər Paytaxtı” seçilməsi, Gəncə Dövlət Dram Teatrı üçün yeni müasir binanının inşası, Gəncə Dövlət Filarmoniyasının, Gəncə Olimpiya park-kompleksinin, Gənclər evinin və Hostelin tikintisinin sürətləndirilməsi və istirahət parklarının yaradılması ilə bağlı görülən işlər bizi daha da ruhlandırır. Bundan əlavə, Sizin Sərəncamınıza əsasən dahi Azərbaycan şairi və mütəfəkkirləri Nizami Gəncəvinin 870, Məhsəti Gəncəvi yaradıcılığınının 900 illik yubileylərinin, eləcə də 2-ci Gəncə Beynəlxalq Şərab Festivalının yüksək səviyyədə keçirilməsi, həmin tədbirlərdə respublikamızdan və xarici ölkələrdən olan çoxsaylı mötəbər qonaqların iştirakı hər biirmizdə böyük iftixar hissi yaratmışdır.

Əziz Prezidentimiz!

Sizin Gəncənin gələcək sosial-iqtisadi inkişafı üçün ayırdığınız vəsait şəhər ictimaiyyətinin sevincinə səbəb olmaqla yanaşı, gələcək fəaliyyətimizin daha səmərəli və sürətli aparılmasına töhfəsini verəcəkdir.

Bunlar ulu öndərimiz Heydər Əliyevin böyük məhəbbət bəslədiyi Gəncənin respublikamızın ikinci böyük şəhəri kimi inkişafına, tərəqqisinə, tarixi dəyərlərini saxlamaqla daha da gözəlləşməsinə göstərdiyiniz əvəzsiz qayğının nəticəsidir.

Bütün bunlara görə Sizə “çox sağ olun” deyir, müstəqil Azərbaycanımızın işıqlı sabahı, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.

Sizi əmin edirik ki, doğma Azərbaycanımızın qüdrətlənməsi və inkişafı ilə bağlı həyata keçirdiyiniz müdrik siyasətdən bəhrələnərək şəhərimizdə uğurla aparılan işlərdə yaxından iştirak edəcək, ulu öndərimiz Heydər Əliyevin siyasi kursuna daim sadiq qalacağıq.
Dərin hörmətlə,

Gəncə şəhər ziyalıları adından:
Fuad Əliyev, AMEA Gəncə Bölməsinin akademik katibi, Akademiyanın müxbir üzvü
İbrahim Cəfərov, ADAU-nun rektoru, professor
Akif Süleymanov, AzTU-nun rektoru, professor
Yusif Yusibov, GDU-nun rektor əvəzi, professor
Şahnaz Haşımova, Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti və başqaları




Teqlər:





Xəbər lenti