Bir gündə 13 yol qəzası olub: 2 ölü, 16 yaralı

  01 Fevral 2014    Oxunub : 569
Bir gündə 13 yol qəzası olub: 2 ölü, 16 yaralı
“Hazırda bütün yollarda hərəkət bərpa olunub. Yalnız Ağsu aşırımında nəqliyyatın hərəkətində məhdudiyyət var”.
Bunu AzVision.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

Yol qəzalara gəlincə, DYP rəsmisi bildirib ki, gün ərzində ölkə üzrə cəmi 13 qəza hadisəsi baş verib:

“Nəticədə cəmi 2 nəfər ölüb, 16 nəfər yaralanıb. Qəzaların əksəriyyəti yolların buz bağlaması ilə bağlı olsa da, sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları daha çoxdur”-deyə K.Əliyev qeyd edib.

Fatimə Kərimli

Teqlər: