Bakıya yenə qar yağacaq

Bakıya yenə qar yağacaq
  01 Fevral 2014    Oxunub:962
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Yollar buz bağlayacaq.

Havanın temperaturunun gecə və səhər 4-6, gündüz 1-3 dərəcə şaxta olacağı gözlənilir. Azərbaycanın rayonlarında da arabir qar yağacağı, bəzi yerlərdə duman olacağı, yolların buz bağlayacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 0-4, dağlarda gecə 13-18, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 3-8 dərəcə şaxta olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti