Prezident Gəncəyə pul ayıracaq
AzVision.az-ın məlumatına görə, bu fikirləri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev deyib.
Onun sözlərinə görə, prezident İlham Əliyev Gəncə şəhərinə səfər edərkən şəhərdə olan bir sıra mədəniyyət ocaqlarının açılışında iştirak edib və görülən işləri bəyənib.
E. Vəliyev qeyd edib ki, ölkə rəhbəri Gəncə Dövlət Dram Teatrının tikintisi üçün də göstəriş verib. Vəsait ayrılandan sonra binanın tikintisinə başlanılacaq. Bundan başqa icra başçısı bildirib ki, gələn il Filarmoniyanın binası istifadəyə veriləcək.
“Prezident İlham Əliyev Gəncəyə səfər edən zaman Filarmoniya binasının tikintisi ilə maraqlanıb və işlərin sürətlənməsi üçün bu il 10 milyon manat vəsait ayrılmasına göstəriş verib”,- deyən Elmar Vəliyev 2014-cü ildə Gəncədə bir neçə orta məktəb və uşaq bağçası binalarının tikiləcəyini də bildirib.
AzVision.az