Zurabişvili: “Qarabağda atəşkəsi alqışlayıram”

 Zurabişvili:  “Qarabağda atəşkəsi alqışlayıram”
  10 Oktyabr 2020    Oxunub:2926
Gürcüstan Prezidenti Salome Zurabişvili Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağda əldə olunmuş humanitar atəşkəs razılaşmasını alqışlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti “Twitter” hesabında yazıb.

Zurabişvili tərəfləri sülh danışıqlarını bərpa etməyə çağırıb.

"Dağlıq Qarabağda atəşkəsi alqışlayıram və sülh danışıqlarının bərpasına çağırıram. Qalıcı sülh və sabitlik bölgəmiz üçün yeganə məqbul gələcəkdir" , - deyə Zurabişvili qeyd edib.

Qeyd edək ki, Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanın üçtərəfli görüşünün nəticəsi olaraq bu gündən humanitar məqsədlərlə atəşkəs elan olunub. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ   Zurabişvili  





Xəbər lenti