KATV1əhatə dairəsini genişləndirib

KATV1əhatə dairəsini genişləndirib
  01 Fevral 2014    Oxunub:1424
Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən ticarət mərkəzində şirkətin yeni ofisinin açılışı olub
Artıq Bakı şəhəri Qaradağ rayonun daha bir qəsəbəsinin sakinləri də KATV1 kabel televiziyasının xidmətlərindən istifadə edə bilərlər. AzVision.az xəbər verir ki, rayonun, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən ticarət mərkəzində şirkətin yeni ofisinin açılışı olub.

Bundan başqa, KATV1 kabel televiziyasının daha bir xidmət mərkəzi Biləcəri qəsəbəsi, Natəvan küçəsi 7 ünvanında istifadəyə verilib.

Sahil və Biləcəri qəsəbələrinin bina evlərinin sakinləri şəhər telefonu ilə pulsuz 127 qısa nömrəsinə zəng edərək və ya yeni açilmış ofislərə gələrək qoşulma üçün sifariş verə, onları maraqlandıran digər suallara cavab tapa bilərlər.

Qeyd edək ki, yeni istifadəyə verilmiş ərazilərdə yalnız rəqəmli yayım xidməti göstərilir.


Teqlər:  





Xəbər lenti