Rəsulzadənin büstünün sökülməsi xəbəri təkzib edildi
“Gəncə şəhərində yerləşən “Dəmiryolçular parkı” Azərbaycan Dəmir Yolları QSC-yə aid olduğu üçün Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir təmir işi həyata keçirilə bilməz. Məhəmməd Əmin Rəsulzadənin büstünün sökülməsi xəbəri isə yanlışdır”.
Qeyd edək ki, yerli mətbuatda yayılan məlumata görə, M.Ə.Rəsulzadənin Gəncə şəhəri “Dəmiryolçular parkı” yerləşən büstü sökülərək yerində çayxana tikiləcək.
Sevinc İltifatqızı