ATƏT ilə əməkdaşlıq müzakirə edildi

ATƏT ilə əməkdaşlıq müzakirə edildi
  02 Fevral 2014    Oxunub:957
ATƏT ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb.

AzVision.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə ATƏT ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri, ATƏT-in Bakıda layihə əlaqələndirici ofisinin fəaliyyətinin təşkili məsələləri müzakirə edilib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib.

Lamberto Zannier son günlər cəbhə bölgəsində atəşgəsin pozulmasından narahatlığını bildirib.

Nazir Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.


Teqlər:





Xəbər lenti