Azərbaycan və ABŞ əməkdaşlığı müzakirə edildi

Azərbaycan və ABŞ əməkdaşlığı müzakirə edildi
  02 Fevral 2014    Oxunub:1239
Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın perspektivi müzakirə olunub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland ilə görüşüb.

AzVision.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-ABŞ arasında ikitərəfli məsələlər, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və regiondakı vəziyyətə dair fikir mübadiləsi aparılıb.
Həmçinin görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti müzakirə olunub.


Teqlər:



Xəbər lenti