Nəcməddin Sadiqov: `Ermənilərin yazdığı cəfəngiyatdır`

Nəcməddin Sadiqov: `Ermənilərin yazdığı cəfəngiyatdır`
  03 Fevral 2014    Oxunub:1463
Nəcməddin Sadiqov tankların cəbhə xəttinə irəliləməsi xəbərini təkzib etdi. "Erməni mətbuatında yazılanlar cəfəngiyatdır və Azərbaycan tankları həmişəki mövqeyində dayanıb".

Ermənistan Kütləvi İnformasiya Vasitələri Azərbaycan ordusunun tanklarının cəbhə xəttinə doğru irəliləməsi barədə xəbəri rəsmən təkzib edilib. Azərbaycan Silahlı Qüvvələrinin baş qərərgah rəisi Nəcməddin Sadiqovun ANS-ə verdiyi məlumata görə, erməni mətbuatında yazılanlar cəfəngiyatdır və Azərbaycan tankları həmişəki mövqeyində dayanıb.

Müdafiə Nazirliyi də son günlər cəbhə xəttində Azərbaycan ordusunun 8 hərbçi itirməsi, 20-dək hərbçinin isə yaralanması barədə erməni mətbuatının yaydığı xəbərlərin yalnış olduğunu bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi Vaqif Dərgahli Azərbaycanin iki hərbçisi şəhid olduğunu, ermənilərin itkisinin isə onlarla olduğunu bildirib.


Teqlər:  





Xəbər lenti