Milli Məclisin yaz sessiyası başlayır

Milli Məclisin yaz sessiyası başlayır
  03 Fevral 2014    Oxunub:1253
Bu gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.
AzVision.az-ın məlumatına görə, iclasın gündəliyinə 14 məsələ daxil edilib.

Sessiyada Milli Məclisin İntizam və Hesablayıcı Komissiyanın yenidən təşkil olunması, Yaz sessiyasının qanunvericilik işləri planına təkliflər, Azərbaycan Respublikası və Peru hökuməti ilə diplomatik xidməti passportlarla bağlı viza tələbindən azad olunma, bu xarakterli müxtəlif hökumətlərlə, Avrpora İttifaqı , Türkiyə ilə bəlli sazişlərin ratifikasiyası, Telekomunikkasiya reqlamaneti ilə bağlı əsasnamənin təsdiq olunması, `Heydər Əliyev ordenin təsis edilməsi haqqında` qanunda dəyişikliklər olunması , Cinayət Prosessual Məcəlləsində dəyişiklik və Xəzər, Piraallahı rayonlarının inzibati ərazi bölgüsünə dəyişikliklər müzakirəyə çıxarılacaq.

AzVision.az


Teqlər:  



Xəbər lenti