Elmar Vəliyevin müavini prezidentə məktub yazdı
“Ölkəmizin bütün regionları, şəhər və rayonları kimi, gündən-günə gözəlləşən doğma Gəncəmizə də göstərdiyiniz yüksək dövlət qayğısına görə Sizə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının üzvləri adından dərin təşəkkürümüzü bildiririk.
Bu günlər bütün gəncəlilər Sizin Gəncəyə səfərinizdən, şəhərimizdəki yeniliklərə verdiyiniz yüksək qiymətdən doğan sevinc içərisindədirlər. Hesab edirik ki, Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında imzaladığınız Sərəncam görülən bütün quruculuq işlərinin daha keyfiyyətli və davamlı olmasını təmin edəcəkdir.
Əmin ola bilərsiniz ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Sizin genişmiqyaslı, yorulmaz fəaliyyətinizi daim yekdilliklə dəstəkləyərək, partiyanın bütün üzvlərini şəhərimizin iqtisadi və sosial-mədəni inkişafına dair tövsiyə və tapşırıqlarınızın yüksək səviyyədə yerinə yetirilməsinə səfərbər edəcəkdir”.
AzVision.az