TQDK 4411 şagirdin məlumatını təsdiq etdi

TQDK 4411 şagirdin məlumatını təsdiq etdi
  03 Fevral 2014    Oxunub:1014
Təqvim planının peşə liseylərinə aid növbəti mərhələsi başa çatdı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, “2013/2014-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı” üzrə 01.12.2013-31.01.2014 aralığında peşə liseyləri əlaqələndiriciləri tərəfindən şagirdlərin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən, buraxılış sinif şagirdlərinin əvvəlki tədris ilinin illik qiymətlərinin “Şagird-məzun” sisteminə əlavə edilərək təsdiq edilməsi mərhələsi başa çatdı.

Beləliklə, peşə liseyləri üzrə 4411 buraxılış sinif şagirdi haqqında məlumatlar “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilib ki, bu da başa çatmış mərhələyə aid işlərin 100 faizini təşkil edir.


Teqlər:  





Xəbər lenti