Deputat Tovuzda tutulan ermənidən yazdı

Deputat Tovuzda tutulan ermənidən yazdı
  03 Fevral 2014    Oxunub:1108
Həmvətənlərim düşmənin hiyləgər və qəddar olduğunun fərqinə niyə varmırlar?
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvi, millət vəkili Aydın Mirzəzadə Tovuzda tutulan erməni əsirlə bağlı sosial şəbəkələrdə yazılan fikirlərə öz münasibətini bildirib.

AzVision .az-ın məlumatına görə, deputat bildirib ki, Ermənistan-Azərbaycan cəbhə xəttində gərginlik səngimək bilmir, atışma kəsmir, erməni diversant qruplarının cəbhə xəttindəki provokasiyaları mütəmadi olaraq baş verir.

Millət vəkili qeyd edib ki, bu fövqdə Tovuz xəttindəki Azərbaycan kəndində Ermənistan vətəndaşı Mamikon Xosayan adlı bir nəfərin saxlanılması vəziyyətə yeni bir çalar verdi: “Müdafiə Nazirliyi onun Ermənistan diversiya qrupunun bələdçisi olduğunu bildirdi və onunla müvafiq iş aparılmağa başlandı. Ancaq bələdçinin 77 yaşında və kasıb, xəstə görünüşünün olması Azərbaycanın bəzi internet istifadəçilərinin ürəyini lap yumşaltdı. Onlar qocanın fağır və təsadüfi bir insan olması barədə fikirlər yazmağa başladılar. Onların bu fikirləri qocanın yaşadığı kəndin icra nümayəndəsinin qoca haqqında fikirləri ilə ( "o əqli cəhətcə zəifdir və əlində vedrə üzüm yığmağa gedirmiş") tam üst-üstə düşürdü. Bu azmış kimi qocanı təcili geri qaytarmaq lazım gəldiyini də iddia edənlər tapıldı. Guya onun saxlanılması Azərbaycanın beynəlxalq aləmdə imicinə ciddi ziyan vura bilər.
Çox maraqlıdır, görən həmvətənlərim düşmənin hiyləgər və qəddar olduğunun fərqinə niyə varmırlar ? 1988-ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı etdikləri, hiylə və insandan kənar hərəkətləri nə tez yaddan çıxmağa başlayır? Heç kəs mübahisə etməz ki, ölkənin beynəlxalq aləmdəki imici şübhəli bir qocanın saxlanılması ilə deyil, fəaliyyəti ilə ölçülür. Real vəziyyət imicimizin isə məhz görülən işlər və beynəlxalq hüquq normalarına riayət etməyimizlə qiymətləndirildiyini göstərir. Qoca, xarici görünüşü ilə bəzilərində ürək ağrıdan sərhəd pozucusunun saxlanılması isə bütün normalara uyğun həyata keçirildiyinin hamı şahidi ola bilir. Əsas məsələ isə bəzi vətəndaşlarımızın bu və ya digər sahənin incəliklərinə bələd olmadıqları halda məsləhət verməlidir. İctimai münasibəti heç kim qadağa edə bilməz. Ancaq hər kəs öz yaxşı bildiyi sahənin işini aparanda nəticə də yaxşı olur”-deyə deputat qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti