Heydər Əliyev Fondu Roma katakombalarını bərpa edir

Heydər Əliyev Fondu Roma katakombalarını bərpa edir
  03 Fevral 2014    Oxunub:1069
İtaliyanın “La Repubblica” qəzeti Müqəddəs Roma katakombalarının Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bərpası prosesinin bu ilin aprelində başa çatacağı barədə məlumat yayıb.
Heydər Əliyev Fondunun mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir ki, aprel ayından etibarən Müqəddəs Roma katakombaları Vatikana gələn zəvvarların və turistlərin üzünə açıq elan olunacaq. “Ərazisi 18 min kvadratmetr olan Müqəddəs Roma katakombaları kompleksinin Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsi müsəlman dünyasının xristian aləminin bu mühüm abidəsinə töhfəsidir”, - deyə yazıda qeyd olunur.

Yazıda Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının katibi Covanni Karrunun katakombaların bərpasına verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığı da əksini tapıb.


Teqlər:  





Xəbər lenti