Oqtay Əsədov hesabat verdi

Oqtay Əsədov hesabat verdi
  03 Fevral 2014    Oxunub:1019
Milli Məclis sədri Oqtay Əsədov parlamentin payız sessiyasındakl fəaliyyəti ilə bağlı hesabat verib. AzVision.az-ın məlumatına görə, spiker parlamentin bugünkü iclasında qeyd edib ki, Milli Məclisdə fəaliyyət göstərən komitələr payız sessiyası dövründə 62 iclas keçirib və 215 məsələyə münasibət bildiriblər.

“Keçən sessiya dövründə Azərbaycanın siyasi həyatında da mühüm hadisə olub. Belə ki, keçən il Azərbaycanda prezident seçkiləri keçirilib. Ölkə başçımız İlham Əliyev yenidən Azərbaycanın prezidenti seçilib. Bu qələbə son 10 il ərzində İlham Əliyevin Azərbaycan xalqının qarşısında göstərdiyi xidmətlərin mühüm nəticəsi olub. Danılmaz faktdır ki, prezidentliyə namizədliyini irəli sürən digər namizədlərin heç biri dövlət başçısı İlham Əliyevlə siyasi rəqabətə qadir deyil. Bütün bunlar da bir daha nümayiş etdirir”.

Spikerin sözlərinə görə, parlamentin xarici əlaqələri payız sessiyasında da uğurlu şəkildə həyata keçirilib: "Sessiya dövründə 25 ölkəyə 60-dan çox səfərlər edilib, o cümlədən 23 xarici ölkənin 30-dan yuxarı nümayəndə heyəti Milli Məclis tərəfindən qəbul edilib. Millət vəkilləri Gürcüstan, Tacikistanda keçirilən prezident seçkilərində, eyni zamanda Ukraynada baş tutan parlament seçkilərində müşahidəçi qismində iştirak ediblər".

Qeyd edək ki, parlamentin iclası millət vəkillərinin çıxışları ilə davam edir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti