Heydər Əliyev prospektindəki uçqunla bağlı açıqlama

Heydər Əliyev prospektindəki uçqunla bağlı açıqlama
  03 Fevral 2014    Oxunub:926
Milli Məclisin bu gün keçirilən iclasında millət vəkilləri ötən həftə Heydər Əliyev prospektində uçan bina ilə bağlı çıxış ediblər
AzVision.az xəbər verir ki, millət vəkili Elmira Axundova bu hadisələrə çox üzüldüyünü deyib:

"Heydər Əliyev prospektində binanın uçması iki nəfər gəncin ölümünə səbəb oldu. Tikintidə bədbəxt hadisələrin əksəriyyəti təhlükəsizlik qaydalarının pozulmasına görə baş verir. Binalara qoruyucu örtük salmırlar. Bizim təkliflərimizə icra hakimiyyəti orqanları laqeyd yanaşır. Binanın üstünə qalın örtük asılmalı idi”.

Deputatın bu sözlərinə görə, millət vəkili Adil Əliyevdən cavab gəlib. O, bildirib ki, Heydər Əliyev prospektində təhlükəsizlik qaydaları tam qaydasında olub. Orada polis işçiləri də durmuşdular ki, burdan keçməyin.

Millət vəkili qeyd edib ki, Bakı şəhərində tikinti normativ aktları tam qaydasındadır. İndi insanlar açıq görüb yolu keçiblər. İnsanların ürəyinə girib demək olmaz ki o yoldan keçməyin.

Sevinc


Teqlər:  





Xəbər lenti