“Paşinyan öz sələflərindən heç nə ilə fərqlənmir” - Elçin Əmirbəyov

  19 Oktyabr 2020    Oxunub : 2388
 “Paşinyan öz sələflərindən heç nə ilə fərqlənmir” -    Elçin Əmirbəyov
Ermənsitan Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti həyata keçirir. Onlar Azərbaycanın 20 faiz ərazisini işğal edib. Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov deyib. Onun sözlərinə görə, Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həll olunmasını gözləyib:

“Əfsuslar olsun ki, Ermənsitan qeyri-konstruktiv mövqe göstərərək, münaqişənin sülh yolu ilə həllinə imkan vermədi. Azərbaycan konstruktiv mövqe nümayiş etdirsə də Ermənsitan təxribatlara əl atdı. Bu gün də Ermənistan Azərbaycan xalqına qarşı müharibə cinayətlərini törətməkdə davam edir. Paşinyan öz sələflərindən heç nə ilə fərqlənməyib və xalqmıza qarşı müharibə cinayətlrəinin törədilməsinə davam edib. Ermənsitanın bütün bu əməllərinə baxmayaraq, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həll olunmasının mümkünlüyünü bildirdi. Lakin Ermənistan son iki atəşkəs razılaşmasını pozaraq Azərbaycanın mülki əhalisini atəşə tutdu. Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini raket atəşinə tutdu. Gəncədə faciə yaşandı. Beynəlxalq təşkilatlar Ermənistanın vandalizm hərəkətlətinin qarşısını almalıdır və onlara qarşı təzyiqləri artırmalıdır”.

Azvision.az

Teqlər: Elçin-Əmirbəyov