Milli Məclisin iş planı təsdiq edildi
Onun sözlərinə görə, yaz sessiyası müddətində parlamentarilər "Rəqabət Məcəlləsi"ni, "Reklam haqqında", "Dəniz limanları", "Hərbi qulluqçuların statusu" haqqında, "Silahlı qüvvələr və başqa silahlı birləşmələr" haqqında, "Elm" haqqında qanun layihələrini müzakirə edəcəklər.
Spiker onu da əlavə edib ki, deputatlar eyni zamanda "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Akkreditasiya haqqında" qanun layihələrini, eləcə də bir sıra qanunlara əlavə və dəyişikliklər, təşəbbüs qaydasına daxil olan qanun layihələrini müzakirə edəcək.
Müzakirələrdə çıxış edən deputatlar da yaz sessiyasında bir sıra qanunların müzakirəsinin vacibliyini qeyd ediblər.