“Heç kim Azərbaycanı haqq işindən çəkindirə bilməz” - TBMM sədri
M.Şentop bildirib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qətnamələri uzun illərdir yerinə yetirilmir. O bildirib ki, Minsk qrupu münaqişənin tənzimlənməsi üçün gerçək iradə göstərməyib.
M.Şentop qeyd edib ki, Ermənistan Azərbaycana qarşı yeni təxribatlara əl atdı: “Lakin Ermənistan gözləmədiyi bir vəziyyətlə üzləşdi. Qəhrəman Azərbaycan Ordusu torpaqların işğaldan azad edilməsinə başladı. Bəzi dövlətlər Azərbaycanı bu haqq işində günahlandırmağa başladı. Azərbaycan beynəlxalq hüquqa əsasən öz torpaqlarını işğaldan azad etməyə başladı. Heç kim Azərbaycanı bu haqq işindən çəkindirə bilməz və Azərbaycan torpaqları üzərindən öz məqsədlərini həyata keçirə bilməzlər. Türkiyə sona qədər Azərbaycanın yanındadır”.
Anar Kəlbiyev
Azvision.az