İsmayıllıda bir gündə iki zəlzələ oldu
AzVision.az Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 14:43:44 -də Pirquludan 15 km qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Tikililərdə dağıntı yoxdur.
Xatırladaq ki, bu gün səhər saatlarında da İsmayıllı rayonunda 4 bal gücündə zəlzələ olub.
Teqlər: