Niderlandın xarici işlər naziri Bakıya gəlir
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Frans Timmermans fevralın 4-də Azərbaycana rəsmi səfər edəcək.
Səfər çərçivəsində Frans Timmermansın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Nazir Elmar Məmmədyarovla görüşdən sonra keçiriləcək mətbuat konfransında iştirak etmək istəyən KİV nümayəndələrindən cari ilin 4 fevral tarixində saat 12:15-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.
Mətbuat nümayəndələri çalışdıqları iş yerlərini təsdiq edən vəsiqəni, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.