Bakıda dəhşətli qəza: sürücü yanaraq öldü

  04 Fevral 2014    Oxunub : 312
Bakıda dəhşətli qəza: sürücü yanaraq öldü
Bakıda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda "Volqa" və "AzSamand" markalı minik avtomobilləri toqquşub. Nəticədə, hər iki avtomobil ağır deformasiyaya uğrayaraq yanmağa başlayıb. Dövlət Yanğından Muhafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın söndürüldükdən sonra xilasedicilər əməliyyata başlayıblar.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə "Volqa" markalı minik avtomobilindən yanmış cəsədi çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 04:41-də başa çatıb.

AzVision.az

Teqlər: