Nazirlikdən hava ilə bağlı - SON MƏLUMAT

Nazirlikdən hava ilə bağlı - SON MƏLUMAT
  04 Fevral 2014    Oxunub:922
Temperatur ötən günFevralın 03-də temperatur iqlim normasından 8.4 dərəcə aşağı olu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verdiyi kimi ölkə ərzisində anomal soyuq, şaxtalı hava şəraiti davam edib.

Temperatur ötən gün: Fevralın 03-də temperatur iqlim normasından 8.4 dərəcə aşağı olub.

Bakıda və Abşeron yarımadasında minimal temperatur 7, Aran rayonlarında 11, Kiçik Qafqazda 20, Böyük Qafqazda 16, bəzi ərazilərdə 20 dərəcəyədək şaxta, Şahdağda 23, Naxçıvan MR-da 10-17 dərəcə şaxta təşkil edib.

Fevralın 03-də gün ərzində əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şərq rayonlarında, axşam və səhər saatlarında isə Bakıda və Abşeron yarımadasında qar (0.0-2.0 mm) yağıb. Düşən yağıntının miqdarı Lerikdə 9.0 mm, Rvarudda (Lerik) 3.0 mm, Biləsuvar, Lənkəran, Astara, Yardımlı, Göytəpədə 0.0-1.0 mm olub.

Lənkəran-Astara zonasında qar örtüyünün hündürlüyü19-67, Kiçik Qafqazda 7-13, Böyük Qafqazda 25, Qazax-Gəncə bölgəsində 2-6, Mərkəzi Aran rayonlarında 3 sm-ə çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti