Bir gündə 53 cinayət, 2 ölü, 21 həbs - DİN

Bir gündə 53 cinayət, 2 ölü, 21 həbs - DİN
  04 Fevral 2014    Oxunub:889
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ötən gün respublika üzrə 53 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 21 nəfər tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti