Daha bir korrupsiya faktının üstü açıldı

Daha bir korrupsiya faktının üstü açıldı
  04 Fevral 2014    Oxunub:871
Müəssisəyə külli miqdarda ziyan vurmuş şəxs barəsində cinayət işi başlanıb
“UNİMAC Az” MMC-nin əməkdaşının qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumat araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırma zamanı şirkətin satış təmsilçisi Anar Xəlilzadənin tikinti materiallarının satışından qəbul etdiyi 17.0 min manat vəsaiti müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəməsində və bununla da cəmiyyətə külli miqdarda ziyan vurmasında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Mirvari



Teqlər:  





Xəbər lenti